Fransada İvanişvili ilə bağlı çağırış – ÖZƏL
13 May 10:28 DünyaOlaylar.az xəbər verir ki, "Dəyişiklik naminə Koalisiya"nın liderlərindən biri olan Nika Gvaramia Fransanın prokurorluğunu Fransa vətəndaşı Bidzina İvanişvili barəsində beynəlxalq konvensiya cinayətləri ilə bağlı məsuliyyət tədbirləri görməyə çağırıb.
Gvaramia bildirib ki, Fransa Milli Assambleyasının aşağı palatası Gürcüstan hökumətinin "qeyri-liberal və avtoritar geriləməsini" pisləyən qətnamə qəbul edib. Sənəddə İvanişvilinin ölkənin siyasi institutlarına mənfi təsiri vurğulanıb.
Qətnamədə həmçinin Fransa hökumətinə Bidzina İvanişvilinin "Fəxri Legion" ordenindən məhrum edilməsi məsələsinə baxılması tövsiyə olunub. Assambleya Gürcüstan demokratik dəyərlərə qayıdana və beynəlxalq standartlara uyğun seçkilər keçirənədək ölkənin Aİ-yə üzvlük prosesinin faktiki dayandırılmasını dəstəklədiyini bəyan edib.