Rutte NATO ölkələrinə çağırış edib

NATO ölkələri müdafiə sənayesinə investisiyaları artırmalıdırlar.

Olaylar xarici mediaya istinadla xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.

"NATO ölkələrinin müdafiə büdcələri müdafiə sənayesinin inkişafına yönəldilməlidir. Çünki həm ABŞ-də, həm də Avropada istehsal səviyyəsi yetərli deyil. Bu, ümumi problemdir və biz Atlantik okeanının hər iki tərəfində müdafiə sənayesi üzərində birgə işləməliyik. Bu, Ankarada müzakirə edəcəyimiz əsas mövzu olacaq", - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31