Tramp İranın uranın zənginləşdirməkdən imtina edəcəyinə əmindir

ABŞ prezidenti Donald Tramp İranın uranın zənginləşdirilməsindən və nüvə silahı hazırlamaq səylərindən imtina edəcəyinə əmin olduğunu bildirib.

Olaylar bu barədə xarici mediaya istinadla xəbər verir.

"100 faiz əminəm ki, onlar uranın zənginləşdirilməsini dayandıracaqlar", deyə Tramp bildirib.

 

O qeyd edib ki, ABŞ İrana qarşı tələsik heç nə etməyəcək.

Daha əvvəl mediada gedən məlumatlarda qeyd olunmuşdu ki, Tramp İranla danışıqlar prosesindən getdikcə daha çox əsəbiləşir və son günlərdə Tehrana qarşı böyük hərbi əməliyyatları bərpa etməyi daha ciddi şəkildə nəzərdən keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31