Çin və Tacikistan liderləri razılığa gəliblər
19:00 DünyaÇin Xalq Respublikasının sədri Si Cinpin Çində rəsmi səfərdə olan Tacikistan Prezidenti Emoməli Rəhmon ilə danışıqlar aparıb.
Olaylar bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüşdə bildirilib ki, Pekin iki ölkə xalqlarına daha çox fayda vermək məqsədilə ortaq gələcəyə malik daha sıx Çin-Tacikistan birliyinin qurulması üçün Düşənbə ilə əməkdaşlığa hazırdır.
Si Cinpin vurğulayıb ki, Çin hər zaman olduğu kimi, Tacikistanın ölkənin inkişafı, müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin qorunması istiqamətində atdığı addımları dəstəkləyəcək.
Danışıqların yekununda dövlət başçıları Çin Xalq Respublikası ilə Tacikistan Respublikası arasında daimi mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında Müqavilə, həmçinin yeni dövrdə hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair Birgə Bəyanat imzalayıblar.