Başqa ölkələrdə hərbi baza yaratmaq niyyətimiz yoxdur - Makron
17:58 DünyaFransa artıq dünyanın digər regionlarında, o cümlədən, Afrikada hərbi bazalar yaratmaq niyətində deyil. Bunun əvəzində Paris yerli hərbçilərin hərbi təliminə köklənib və yanız zəruri hallarda müdaxilə edəcək.
Olaylar xarici mediaya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.
"Biz artıq konkret ərazilərdə böyük hərbi bazaların yerləşdirilməsi məntiqi ilə hərəkət etmirik: bu yanaşma artıq anlaşılmırdı və xüsusilə Rusiya ritorikası ilə əlaqədar olaraq neo-müstəmləkəçi bir alət kimi qəbul olunmağa başlamışdı. Belə münasibətlər sağlam deyildi; onları yenidən mənalandırmaq lazım idi",- o, Nayrobidə keçirilən "Afrika irəli!" sammiti münasibətilə verdiyi müsahibəsində deyib.
Fransa Prezidenti əlavə edib ki, Fransa hakimiyyəti müxtəlif ölkələrin ordularına təlim keçir, onları maddi-texniki olaraq təchiz edir və strukturun təkmilləşdirilməsinə kömək edir.
"Bəzən biz dövlətləri dəstəkləmək məqsədilə müdaxilə edirik, lakin artıq orada daimi əsasda qalmırıq", - deyə Fransa lideri qeyd edib.