Almaniya Ukraynada hərbi təlim mərkəzlərinin yaradılmasına 10 milyon avrodan çox vəsait ayırır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevə səfəri zamanı ölkəsinin Ukrayna ordusunun döyüş hazırlığını artırmaq məqsədilə yeni hərbi təlim mərkəzlərinin infrastrukturuna 10 milyon avrodan çox vəsait ayıracağını bəyan edib. 

Nazir qeyd edib ki, bu addım gələcəkdə mümkün sülh sazişindən sonra da Ukrayna ordusunun müdafiə qabiliyyətini qorumaq və potensial təhlükələrin qarşısını almaq məqsədi daşıyır. Məlumata görə, indiyədək Almaniya ərazisində 27 minə yaxın ukraynalı hərbçi artıq təlim keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31