Makron: Fransanın digər bölgələrdə hərbi bazalar qurmaq niyyəti yoxdur- ÖZƏL

Fransa artıq Afrika da daxil olmaqla dünyanın digər bölgələrində hərbi bazalar qurmaq niyyətində deyil. Bunun əvəzinə, Paris yerli qoşunların təliminə diqqət yetirəcək və yalnız zəruri hallarda "müdaxilə edəcək".
"Artıq müəyyən ərazilərdə böyük bazalar yerləşdirmək məntiqi ilə idarə olunmuruq: bu, artıq başa düşülmür və xüsusilə Rusiya ritorikası ilə əlaqəli olaraq neokolonialist alət kimi qəbul edilməyə başlayır. Bu cür münasibətlər sağlam deyildi; onları yenidən düşünmək lazım idi", - deyə o, Nayrobidə keçirilən "Afrika İrəli" sammiti münasibətilə verdiyi müsahibədə bildirib .
Olaylar.az xəbər verir ki, o əlavə edib ki, Fransa hakimiyyəti "digər ölkələrin ordularını öyrədir, onları təchiz edir və strukturlarını təkmilləşdirməyə kömək edir". Fransa lideri qeyd edib ki, "Biz bəzən dövlətləri dəstəkləmək üçün müdaxilə edirik, amma artıq orada daimi əsasda mövcud deyilik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31