Rusiyadakı səfir: "Pakistan axını" qaz kəməri layihəsi həyata keçirilir"- ÖZƏL

Pakistan və Rusiya Pakistan Axını qaz kəməri təşəbbüsü üzərində işləyirlər. Olaylar.az xəbər verir ki, bu barədə Pakistanın Moskvadakı səfiri Feysəl Niyaz Tirmizi TASS-a verdiyi müsahibədə bildirib.
Diplomat Rusiya tərəfi ilə danışıqların davam etdiyini qeyd edərək bildirib ki, "Şimal-Cənub qaz kəməri çox vacib bir təşəbbüsdür və biz mütləq nə vaxtsa ona qayıdacağıq. İqtisadi əməkdaşlıq mexanizmi sürət qazanmağa başladıqdan sonra Pakistandakı Şimal-Cənub nəqliyyat kəməri və ya Pakistan Axını iki ölkə arasında əlamətdar bir razılaşmaya çevriləcək. Hazırda bu, hazırlanır".
Səfirin sözlərinə görə, Hörmüz boğazının bağlanması ilə əlaqəli enerji böhranı "göstərdi ki, enerji resurslarının daşınmasının fərqli yolları olmalıdır - təkcə Pakistan üçün deyil, həm də qlobal miqyasda".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31