Pekin ABŞ-ın sanksiyalarına qarşı: Çin öz şirkətlərini qoruyacağını bəyan etdi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qo Szyakun Pekində keçirdiyi brifinqdə ABŞ-nin "İranla əlaqə" bəhanəsi ilə Çin şirkətlərinə tətbiq etdiyi yeni sanksiyalara sərt reaksiya verib. 

Diplomat bildirib ki, Çin öz müəssisələrinin qanuni hüquq və mənafelərini qətiyyətlə müdafiə edəcək. Rəsmi Pekin Vaşinqtonun 12 fiziki və hüquqi şəxsə, o cümlədən Honkonq şirkətlərinə qarşı tətbiq etdiyi məhdudiyyətləri beynəlxalq hüquqa zidd və qanunsuz "birtərəfli sanksiyalar" adlandırıb. Çin tərəfi BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyən bu cür qərarların qəbulolunmaz olduğunu vurğulayaraq, ABŞ-nin təzyiq siyasətinə qarşı prinsipial mövqe nümayiş etdirəcəyini bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31