Avropanın Ukraynaya silah üçün verdiyi pulu Pentaqon öz ehtiyaclarına xərcləyir

Bəzi Avropa İttifaqı ölkələri Ukraynaya öz Patriot raket ehtiyatlarını göndərməkdən imtina ediblər.

Musavat.com xəbər verir ki, məlumatı The Washington Post qəzeti yayıb.

Bildirilir ki, bu, bu ilin əvvəlində, Ukrayna tutucu raket ehtiyatlarını demək olar ki, tamamilə tükəndirdiyi zaman baş verib. Daha sonra ABŞ prezidenti Donald Tramp bir neçə Avropa ölkəsini Ukraynaya öz silahlarını göndərməyə məcbur edib, çünki İranla müharibə ABŞ arsenalını tükəndirmişdi.

Avropalı tərəfdaşlar öz vəsaitlərinin həqiqətən Ukraynanı silahlandırmaq üçün istifadə olunub-olunmadığına şübhə etməyə başlayıblar. WP-yə görə, PURL vəsaitlərinin təxminən 750 milyon dolları Kiyevə birbaşa çatdırılma üçün deyil, Amerika ehtiyatlarını doldurmaq üçün istifadə edilib. Pentaqon bu addımını Konqresə Co Bayden dövründə Ukraynaya verilən sursatların əvəzini doldurmaq məqsədi ilə izah etməyə çalışıb. Lakin Avropa dövlətləri PURL proqramının Ukraynanın mövcud silah ehtiyacları üçün tətbiq olunduğunu xatırladaraq Pentaqonun addımından sonra o proqrama pul ayırmağa ehtiyat edirlər.

Qəzet bildirir ki, bir sıra Avropa dövlətləri öz silahlarını Ukraynaya təqdim etməyə üstünlük verməyə başlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31