ABŞ: Hörmüz boğazında endirilən zərbələr özünümüdafiə məqsədlidir
20:04 DünyaABŞ-nin Hörmüz boğazına endirdiyi yeni zərbələr "Epik qəzəb" əməliyyatının tərkib hissəsi deyil.
Olaylar.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bu barədə Vatikan və Italiyaya səfərinin yekunlarına dair Romada jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin zərbələr özünümüdafiə məqsədilə həyata keçirilib.
Rubio hesab edir ki, ABŞ ilə İran arasında atəşkəs rejiminin pozulması ilə bağlı suallar İran tərəfinə ünvanlanmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31