ABŞ ordusu dron təhlükəsinə qarşı beş bazada lazer sistemləri yerləşdirəcək ÖZƏL
14:08 DünyaABŞ Silahlı Qüvvələri dron hücumlarından müdafiəni gücləndirmək məqsədilə ölkənin beş hərbi bazasında istiqamətləndirilmiş enerji silahları yerləşdirəcək. Olaylar.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, pilot layihə çərçivəsində lazer və mikrodalğalı sistemlər Kitsap Hərbi Dəniz Qüvvələrinin Hava Stansiyasında (Vaşinqton), Fort Bliss (Texas) və Fort Huachuca (Arizona) bazalarında, həmçinin Grand Forks (Şimali Dakota) və Whiteman (Missuri) Hərbi Hava Qüvvələri bazalarında quraşdırılacaq. Pentaqonun açıqlamasına əsasən, sistemlərin quraşdırılması yaxın altı ay ərzində başa çatdırılacaq. Müdafiə Nazirliyi qeyd edib ki, yeni texnologiyalar hərbçilərə ətraf mühit və infrastruktur üçün minimal risk yaratmaqla qanunsuz və ya düşmən dron fəaliyyətini aşkarlamaq və neytrallaşdırmaq imkanı verəcək.