İsveç hərbi təyyarəsi yenidən Qara dəniz üzərində müşahidə olunub ÖZƏL

İsveç Hərbi Hava Qüvvələrinə məxsus "Gulfstream IV" tipli təyyarə yenidən Qara dəniz üzərində qeydə alınıb. Olaylar.az xəbər verir ki, bu barədə TASS-a Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbə məlumat verib. Məlumata görə, radiotexniki kəşfiyyat üçün istifadə oluna bilən təyyarə Buxarestdən havaya qalxaraq Rumıniya və Bolqarıstanın nəzarət etdiyi ərazilərdən keçib, daha sonra Qara dənizin neytral suları üzərində uçuş həyata keçirib.
Bildirilir ki, təyyarə heç bir ölkənin hava məkanına daxil olmadan qərbdən şərqə doğru hərəkət edib və mülki aviasiya marşrutlarına toxunmayıb. Mənbə qeyd edib ki, eyni təyyarə təxminən üç gün əvvəl də Qara dəniz üzərində müşahidə olunmuşdu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31