Ermənistanda "göbələk davası": Paşinyanın hallüsinogen maddə qəbul edib-etmədiyi məhkəmədə araşdırılacaq – ÖZƏL
12:09 DünyaOlaylar.az xəbər verir ki, "Güclü Ermənistan" partiyasının üzvü Narek Karapetyan jurnalistlərə açıqlamasında baş nazir Nikol Paşinyanın hallüsinogen göbələklərdən istifadə edib-etmədiyi məsələsinin məhkəmə tərəfindən aydınlaşdırılacağını bildirib.
Qeyd edək ki, qalmaqal partiyanın baş nazirliyə namizədi Samvel Karapetyanın Paşinyanı narkotik tərkibli göbələk qəbul etməkdə ittiham etməsindən sonra başlayıb.
Paşinyan bu iddialara sərt reaksiya verərək məhkəməyə müraciət edəcəyini və Karapetyana "bir ton göbələk yedirdəcəyini" bəyan edib. Narek Karapetyan isə cavabında məhkəmənin açıq keçirilməsini tələb edərək, baş nazirin sosial şəbəkələrdəki videolarının ekspertiza olunmalı olduğunu və həqiqətin orada üzə çıxacağını vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31