Rusiyada 13 aeroportun fəaliyyəti dayandırıldı

Ukrayna ordusu "Cənubi Rusiya Aeronaviqasiyası" filialının inzibati binasına dron zərbəsi endirib.Milli.Az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.Hücum nəticəsində Rusiyanın cənubunda 13 hava limanının fəaliyyəti dayandırılıb."Həştərxan, Vladikavkaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista aeroportlarının fəaliyyəti müvəqqəti dayandırılıb", - məlumatda deyilir.Bildirilib ki, hazırda mütəxəssislər avadanlıqların işlək vəziyyətini qiymətləndirir və uçuş cədvəllərində düzəlişlər aparırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31