Rubionun ABŞ administrasiyasındakı rolu zəifləyir-keçmiş NATO nümayəndəsi-ÖZƏL

ABŞ Dövlət Katibi və Prezidentin Milli Təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio geniş səlahiyyətlərə malik olsa da, administrasiya daxilində təsir imkanlarını getdikcə itirir. Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO-dakı keçmiş daimi nümayəndəsi İvo Daalder "Politico" nəşrində dərc olunan məqaləsində yazıb.
Bildirib ki, ABŞ-ın xarici siyasəti və təhlükəsizlik məsələlərində eyni anda bu qədər mühüm vəzifələri icra edən şəxslərin sayı az olub. Lakin onun sözlərinə görə, Rubionun fəaliyyətində diqqət çəkən əsas məqam rolunun getdikcə məhdudlaşmasıdır.
Məqalədə qeyd olunur ki, dövlət katibi ölkənin əsas diplomatı kimi xaricdə ABŞ-ı təmsil etməli, münaqişələrin həlli və milli maraqların qorunması istiqamətində diplomatik səylərə rəhbərlik etməlidir. Bununla belə, o hesab edir ki, Rubio bu sahələrdə kifayət qədər fəal görünmür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31