Müxalifət 4 oktyabr hadisələrinə görə çıxarılan məhkəmə hökmlərini siyasi qisas adlandırır – ÖZƏL
11:47 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın "Müxalifət Alyansı" 2025-ci ilin 4 oktyabr hadisələri ilə bağlı məhkəmənin çıxardığı hökmlərə kəskin etiraz edərək, baş verənləri hüquqi qərar deyil, rejimin siyasi qisası adlandırıb.
Məhkəmənin qərarı ilə silsilə müxalifət üzvləri, o cümlədən Laşa Beridze və Murtaz Zodelava 7 il, digər fəallar isə 2 ildən 5 ilə qədər müddətə azadlıqdan məhrum ediliblər. Alyans məhkumların hamısını "siyasi məhbus" elan edərək, xalqı bu qanunsuzluğa qarşı 26 may Müstəqillik Günündə Rustaveli prospektində keçiriləcək dinc etiraz aksiyasına çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31