Çernobıl zonasındakı küçələrin adları dəyişdirildi- ÖZƏL
11:19 DünyaUkraynada kommunizmdən imtina siyasəti çərçivəsində Çernobıl Təcrid Zonasında yerləşən bir sıra küçələrin adları dəyişdirilib. Olaylar.az xəbər verir ki, məlumata görə, qərar Kiyev şəhər administrasiyası tərəfindən qəbul edilib. "Strana" nəşrinin yaydığı xəbərə əsasən, Pripyat şəhərində Lenin prospekti artıq Mərkəzi prospekt adlandırılacaq. Həmçinin, Heroyev Stalinqrad küçəsinin adı Zaşçitnikov Ukrayin küçəsi ilə əvəz olunub.
Çernobıl şəhərində də bir neçə küçənin adı dəyişdirilib. Belə ki, Kommunistiçeskaya küçəsi bundan sonra Xilaskarlar küçəsi, Dzerjinski küçəsi isə Pamyati küçəsi adlanacaq.
Ümumilikdə, yerli hakimiyyət orqanları tərəfindən 80-dən çox ünvanın adı yenilənib. Bu addım Ukraynada sovet irsindən uzaqlaşma və dekommunizasiya siyasətinin davamı kimi qiymətləndirilir.