ABŞ-dan Konqo hakimiyyətinə çağırış: Xristianlara qarşı zorakılıq dayandırılsın- ÖZƏL

ABŞ Konqo Demokratik Respublikası hakimiyyətini radikal silahlı qruplaşmaların yerli xristian icmalarına qarşı törətdiyi zorakılıqların qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb. Olaylar.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin Afrika və ərəb ölkələri üzrə baş müşaviri Məsad Boulos sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, terrorçu İŞİD qruplaşması ilə əlaqəli silahlılar ölkənin şərqində dinc sakinlərə qarşı amansız hücumlar həyata keçirib və xüsusilə xristian icmalarını hədəfə alıblar.
"Bu hücumlarla bağlı məlumatlar təhlükəyə qarşı təxirəsalınmaz reaksiya verilməsinin vacibliyini göstərir. ABŞ regionda sülh və rifahın təmin olunması üçün Konqo Demokratik Respublikası ilə əməkdaşlığa sadiqdir. Biz zorakılıqdan əziyyət çəkən xristian icmaları ilə həmrəyik", - deyə o vurğulayıb. Bundan əvvəl AFP agentliyi məlumat yayıb ki, mayın 5-i və 6-da baş verən hücumlar nəticəsində azı 36 nəfər öldürülüb. Yerli təhlükəsizlik xidmətlərinin məlumatına görə, hücumların arxasında Demokratik Qüvvələr Alyansı dayanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31