ABŞ borclu valideynlərin pasportlarını ləğv etməyə başlayır – ÖZƏL
10:35 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Dövlət Departamenti aliment üzrə böyük məbləğdə borcu olan vətəndaşların pasportlarının ləğvi prosesinə start verir. Yeni qaydalara əsasən, bu tədbir təkcə sənədin müddəti uzadılarkən deyil, artıq qüvvədə olan pasportlara qarşı da tətbiq ediləcək. İlkin mərhələdə borcu 100 min dollardan çox olan təxminən 2,7 min nəfərin sənədi ləğv ediləcək, gələcəkdə isə bu mexanizm borcu 2,5 min dollardan yuxarı olan bütün şəxsləri əhatə edəcək.
Dövlət rəsmiləri bu addımın aliment yığımının səmərəliliyini artıracağını bildirirlər. Artıq fevral ayından bəri yüzlərlə valideyn pasportunu itirməmək üçün borclarını ödəyib. Sənədi ləğv edilən şəxslər xaricə səyahət edə bilməyəcəklər; yeni pasport almaq üçün isə borcun tam ödənildiyinə dair arayış təqdim edilməlidir. Hazırda xaricdə olan borclulara isə ölkəyə qayıtmaq üçün yalnız birtərəfli fövqəladə sənəd veriləcək.