Fransa ABŞ şirkətlərinin Ukraynanın yenidənqurma fondundan kənarlaşdırılmasını təklif edir ÖZƏL

Fransa Avropa maraqlarına üstünlük verilməsi məqsədilə ABŞ şirkətlərinin Ukraynanın yenidənqurma fondundan çıxarılmasını təklif edib. Olaylar.az xəbər verir ki, bu barədə "Politico" nəşri Avropa İttifaqındakı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Avropa Komissiyası ABŞ şirkətlərinin fonda çıxışını məhdudlaşdıran təşəbbüslə çıxış edib. Adı açıqlanmayan Aİ diplomatı bildirib ki, Avropa Birliyi ilə ABŞ arasında münasibətlərdəki gərginlik səbəbindən məsələ getdikcə daha çox siyasi xarakter alır.
Avropa Komissiyasının vitse-prezidenti Stefan Sejurne də bu mövqeyi dəstəkləyib. O, "Politico"ya açıqlamasında qeyd edib ki, Avropa dövlət satınalma bazarlarına çıxış əldə etmək istəyən ölkələr qarşılıqlı şəkildə öz bazarlarını da açmalıdırlar. Bununla yanaşı, Sejurne vurğulayıb ki, belə bir siyasət dəyişikliyi zaman, inandırma və geniş konsensus tələb edir. Bununla belə, Aİ daxilində ABŞ şirkətlərinin Avropa fondlarından kənarlaşdırılmasına qarşı çıxanlar da var. Diplomatlardan biri Vaşinqtonun Ukraynaya dəstəyinin artıq sual altında olduğunu xatırladaraq, belə addımın ABŞ ilə münasibətləri daha da gərginləşdirə biləcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31