“Zelenski özü sanksiya tətbiq etdiyi şəxslə görüşməyə məcbur oldu” – ÖZƏL
10:32 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşü şərh edib.
Papuaşvili bildirib ki, Gürcüstan-Ukrayna münasibətlərinin pisləşməsinə səbəb Tbilisi deyil, Kiyevin düşünülməmiş qərarları olub. Onun sözlərinə görə, vəziyyət elə həddə çatıb ki, Zelenski vaxtilə sanksiya tətbiq etdiyi şəxslə görüşərək mövqeyini izah etməyə məcbur qalıb.
Parlament sədri qeyd edib ki, bu hadisə Gürcüstanı sanksiyalarla təhdid etməyə çalışan hər kəs üçün dərs olmalıdır. O əlavə edib ki, Ukrayna tərəfi mövqeyini yenidən nəzərdən keçirmək istəyirsə, Gürcüstan bunu dinləməyə və bundan sonra addımlarını müəyyənləşdirməyə hazırdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31