Rusiyada mobil internetin dayandırılacağı elan olunub

Mayın 9-da Moskvada mobil internetin fəaliyyəti məhdudlaşdırılacaq, "ağ siyahı"ya daxil olan saytlar və SMS mübadiləsi xidmətləri də əlçatan olmayacaq.

Trend xəbər verir ki, bu barədə Rusiya Rəqəmsal İnkişaf Nazirliyi "Max" platformasındakı hesabında xəbərdarlıq edib.

"Qələbə Günü münasibətilə keçiriləcək tədbirlərin təhlükəsizliyinin təmin olunması məqsədilə mayın 9-da Moskvada mobil internetə- o cümlədən "ağ siyahı"ya daxil olan saytlara- və SMS mübadiləsi xidmətlərinə çıxış müvəqqəti olaraq məhdudlaşdırılacaq",- deyə məlumatda qeyd olunur.

Qurumun bildirdiyinə görə, bu qərar evlərin internet təchizatına şamil olunmayacaq.

"Onlar heç bir məhdudiyyət olmadan adi rejimdə işləməyə davam edəcək" - deyə bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31