Hörmüz boğazı əməliyyatı niyə dayandırıldı?

"Azadlıq layihəsi" əməliyyatının dayandırılmasının səbəbi məlum olub.

Milli.Az xəbər verir ki, iddialara görə, Donald Tramp təşəbbüslə bağlı Səudiyyə Ərəbistanı rəhbərliyini əvvəlcədən məlumatlandırmayıb.

Məlumata əsasən, Trampın əməliyyatın başladığını Truth Social platformasında elan etməsi Körfəz ölkələri üçün gözlənilməz olub və Ər-Riyadın narazılığına səbəb yaradıb. Bundan sonra Səudiyyə Ərəbistanı ABŞ hərbi qüvvələrinin Şahzadə Sultan aviabazasından istifadəsinə və ölkə hava məkanından keçidinə icazə verməyəcəyini bildirib.

Həmçinin qeyd olunur ki, Trampın vəliəhd şahzadə Mohammed bin Salman ilə telefon danışığı da nəticə verməyib. Nəticədə Vaşinqton əməliyyatı müvəqqəti dayandırmaq qərarı verib.

Xatırladaq ki, "Azadlıq layihəsi" əməliyyatı Hörmüz boğazında qalan gəmilərin təhlükəsiz keçidini təmin etmək məqsədi daşıyırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31