Şimali Koreya Cənubi Koreya ilə birləşmək bəndini konstitusiyadan çıxarır
19:03 DünyaŞimali Koreya konstitusiyada Cənubi Koreya ilə sərhədin statusunu bir daha təsdiqləyib. KXDR əsas qanunda Seulla birləşməyin zəruriliyinə dair istinadları aradan qaldırıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Yenilənmiş layihə mətninə əsasən, konstitusiyada Koreyanın iki ayrı dövlət kimi tanınması təşəbbüsləri yer alır.
Düzəlişlərin mart ayında KXDR-in ən yüksək qanunvericilik orqanı olan Ali Xalq Məclisinin iclasında qəbul edildiyi iddia edilir.
Seul Milli Universitetinin professoru Li Çonq Çolun sözlərinə görə, bu, Şimali Koreyanın konstitusiyasına ərazi ilə bağlı ayrıca müddəa daxil etməsi ilə bağlı ilk haldır.
Mətndə Cənubi Koreya ilə dəqiq sərhəd xətti göstərilmir, həmçinin Sarı dənizdəki şimal demarkasiya xətti də daxil olmaqla mübahisəli dəniz sərhədlərindən bəhs edilmir. Sənəddə Şimali Koreyanın öz ərazisinə "heç vaxt heç bir müdaxiləyə dözməyəcəyi" vurğulanır.