Tokayev: Qazaxıstan öz maraqlarını "daha qətiyyətli mövqedən" müdafiə etməyə hazırdır- ÖZƏL

Qazaxıstan sülhsevər ölkədir və bütün münaqişələrin diplomatik yollarla həll edilməsinə çağırır. Lakin, zərurət yaranarsa, respublika öz maraqlarını "daha qətiyyətli mövqedən" müdafiə etməyə hazırdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, ölkə iki il ərzində müdafiə potensialını artırmalı, ordusunu gücləndirməli və silahlı qüvvələrində islahatlar aparmalıdır.
"Biz əminik ki, bütün münaqişələr diplomatik yollarla, danışıqlar yolu ilə həll olunmalıdır, lakin zərurət yaranarsa, maraqlarımızı təkcə diplomatiya yolu ilə deyil, həm də daha qətiyyətli mövqelərlə müdafiə etməyə hazırıq. Biz inanırıq ki, beynəlxalq hüququn prinsiplərinə və normalarına ciddi şəkildə əməl olunmalıdır", - deyə o, ölkədə 7 mayda qeyd olunacaq Vətən Müdafiəçisi Günü və 9 mayda Qələbə Günü ərəfəsində keçirilən tədbirdə çıxış edərkən bildirib. Olaylar.az xəbər verir ki, Tokayevin sözləri onun mətbuat xidmətindən sitat gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31