“7700” kodu panika yaratdı – ABŞ təyyarəsi ilə bağlı müəmma
10:46 DünyaABŞ-a məxsus tanker təyyarəsi Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Əl-Dəfra hava bazasından qalxıb və Qətər üzərində siqnal itib.
Globalinfo.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Uçuş izləmə məlumatlarına görə, təyyarə eniş etmək üçün bir müddət dairəvi hərəkət edib.
"ABŞ hərbi təyyarələrinə hava yanacağı doldurma xidməti göstərən "Boeing KC-135 Stratotanker" təyyarəsi, Yaxın Şərqdə artan gərginlik fonunda İran yaxınlığındakı Fars körfəzi üzərində uçarkən fövqəladə vəziyyətə işarə edən "7700" siqnalını ötürüb.
Lakin nə ABŞ Mərkəzi Komandanlığı, nə də Pentaqon bu gün Qətər və ya Hörmüz boğazı üzərində "KC-135″ təyyarəsinin qəzaya uğraması, itməsi və ya təcili vəziyyətlə bağlı heç bir təsdiq təqdim etməyib", - deyə bildirilib.
Qeyd olunub ki, regional gərginliklər fonunda GPS/elektron maneələrin intensiv istifadəsi səbəbindən radar pozuntuları və 7700 kodları tez-tez rast gəlinir:
"Bu, qəza demək deyil".