ABŞ narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmiyə zərbə endirib, üç nəfər həlak olub
09:32 DünyaABŞ hərbi qüvvələri Şərqi Sakit Okeanda narkotik qaçaqmalçılığında istifadə edildiyi şübhəli bilinən daha bir gəmini vurub.
Trend-in məlumatına görə, bu barədə ABŞ Cənub Komandanlığı "X" sosial şəbəkəsində yazıb.
"Kəşfiyyat gəminin Şərqi Sakit Okean bölgəsində narkotik qaçaqmalçılığı üçün məlum marşrutlar boyunca hərəkət etdiyini və narkotik ticarəti üçün istifadə edildiyini təsdiqləyib", - deyə bildirilib.
Hücum nəticəsində üç nəfərin öldüyü, lakin heç bir Amerika hərbçisinin xəsarət almadığı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31