Ermənistanla Avropa İttifaqı daha da YAXINLAŞDI - 2 sənəd İMZALANDI

İrəvanda keçirilən Ermənistan-Avropa İttifaqı sammiti çərçivəsində tərəflər arasında iki mühüm sənəd imzalanıb.

Musavat.com xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və Avropa Komissiyasının nümayəndəsi Adrien Kirali Ermənistan tərəfi ilə Avropa İttifaqı arasında əlaqələndirmə sahəsində tərəfdaşlığı başladan sənədi imzalayıblar.

Bundan əlavə, Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan və Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) icraçı direktoru Hans Leytens Frontex ilə Ermənistan Daxili İşlər Nazirliyi arasında işçi sazişi paraflayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31