İrakli Kobaxidze: "Siyasətin yazılmamış qanunu həm dostla, həm də düşmənlə danışmağı tələb edir" – ÖZƏL
12:58 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammiti çərçivəsindəki görüşlərini şərh edərək, ölkə maraqları naminə dialoqun vacibliyini vurğulayıb. O bildirib ki, siyasətdə hətta sənə düşmən münasibəti bəsləyənlərlə belə ünsiyyəti kəsməmək, praqmatik və diplomatik davranmaq lazımdır.
Sammitdə iştirak edən 50-yə yaxın liderin yarıdan çoxu ilə söhbət etdiyini deyən Baş nazir, bu görüşlərin bir çoxunun qeyri-rəsmi xarakter daşıdığını qeyd edib. Kobaxidze xüsusi olaraq vurğulayıb ki, Avropa Şurasının Baş katibi Alen Berse və Ukrayna Prezidenti Volodimir Zelenski görüş üçün özləri müraciət ediblər. Baş nazirin sözlərinə görə, qapalı formatda keçən bu müzakirələr müxtəlif aktual mövzuları əhatə edib və Gürcüstanın dövlət maraqlarının müdafiəsinə xidmət edir.