Tramp administrasiyası konqresdəki üstünlüyü itirməyə hazırlaşır – ÖZƏL
11:10 DünyaOlaylar.az xəbər verir ki, "The Washington Post" qəzetinin yaydığı məlumata görə, 2026-cı ilin noyabrında keçiriləcək aralıq seçkilərində respublikaçıların məğlubiyyət ehtimalı Ağ Evi hərəkətə keçirib. Administrasiya daxilində siyasi təyinatlılar üçün keçirilən qapalı brifinqlərdə demokratların konqresin ən azı bir palatasında nəzarəti ələ keçirəcəyi təqdirdə atılacaq addımlar müzakirə olunur. Təlimatlarda əməkdaşlara qanunvericilərin sorğularına cavab vermə qaydaları, rəsmi yazışmalarda ehtiyatlı davranmaq və konqres nəzarətinə hazırlıqla bağlı tövsiyələr verilir.
Donald Trampın reytinqinin aşağı düşməsi fonunda respublikaçıların mövqeyinin zəiflədiyini qeyd edən ekspertlər bildirirlər ki, demokratların qələbəsi administrasiyaya qarşı çoxsaylı araşdırmalar, dinləmələr və hətta yeni impiçment cəhdləri ilə nəticələnə bilər.