İranın neft hasilatı ilə bağlı ŞOK PROQNOZ

"TankerTrackers" xidmətinin hesabatına görə, İranın neft ehtiyatlarının yaxın gələcəkdə tam dolacağı və bunun hasilatın dayanmasına səbəb olacağı barədə yayılan iddialar həqiqəti əks etdirmir.

Musavat.com "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə mütəxəssislər tez-tez təkrarlanan "anbarların dolması" ssenarisinin yanlış olduğunu vurğulayırlar.

Təhlillər göstərir ki, neft bazarındakı mürəkkəb vəziyyətə baxmayaraq, İranın manevr imkanları mövcuddur.

Analitiklər qeyd edirlər ki, Donald Trampın prezidentliyinin ilk dövründə İran gündəlik hasilatı 2 milyon bareldən aşağı salmağı bacarıb.

Hesabatda vurğulanır ki, rəsmi Tehran hasil edilən bu həcmdə nefti anbarlarda saxlamağa ehtiyac duymadan, tam şəkildə daxili istehlak üçün emal etmək potensialına malikdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31