Türkiyədə daha bir məktəbə silahlı hücum

 

 

Türkiyənin Diyarbəkir vilayətində məktəb yaxınlığında baş verən silahlı hadisə ciddi təşvişə səbəb olub.

Hadisə Yenişehir rayonunun Fabrika məhəlləsində, orta məktəb və uşaq bağçasının yerləşdiyi ərazidə qeydə alınıb.

Naməlum şəxs ətrafdakı obyektlərə və məktəb istiqamətinə dəfələrlə atəş açıb. Silah səsləri sakinlər arasında panika yaradıb, şagirdlər və valideynlər qorxu içində ərazidən uzaqlaşmağa çalışıblar.

Məlumat daxil olduqdan sonra hadisə yerinə çoxsaylı polis qüvvələri cəlb olunub. Hüquq-mühafizə orqanlarının operativ müdaxiləsi nəticəsində silahlı şəxs qısa müddətdə zərərsizləşdirilərək saxlanılıb.

Hadisə şahidi Yunus Gençer bildirib ki, hücum edən şəxs əvvəlcə mağazalara, daha sonra məktəbə tərəf atəş açıb. Onun sözlərinə görə, hücumçu nasoslu ov tüfəngindən istifadə edib və insanlar canlarını qurtarmaq üçün qaçmağa məcbur olublar.

Faktla bağlı araşdırma aparılır.

Musavat.com

 

 
 
 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31