BƏƏ-də raket təhlükəsi xəbərdarlığı: sakinlərə təcili bildiriş göndərildi- ÖZƏL

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sakinlərinə potensial raket təhlükəsi ilə bağlı xəbərdarlıq göndərilib.
Olaylar.az xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb. Bildirilir ki, ölkə ərazisində yaşayan vətəndaşlar və rezidentlər mobil bildiriş vasitəsilə mümkün təhlükə barədə məlumatlandırılıblar.
Rəsmi qurumlar vəziyyəti nəzarətdə saxladıqlarını bildirir və əhaliyə təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir. Hazırda təhlükənin mənbəyi və detalları ilə bağlı əlavə məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31