İrəvanda ASB sammiti önündə aksiya: Ukrayna bayraqlı şəxslər ərazidən uzaqlaşdırılıb – ÖZƏL
14:35 DünyaOlaylar.az xəbər verir ki, İrəvanda, Karen Dəmirçiyan adına İdman-Konsert Kompleksində keçirilən Avropa Siyasi Birliyinin (ASB) sammiti zamanı insident yaşanıb. Səhər saatlarından etibarən bir qrup aksiya iştirakçısı Bakıda saxlanılan erməni məhbuslar və Qarabağdan köçən şəxslərin hüquqları ilə bağlı avropalı liderlərin diqqətini çəkməyə çalışıb. Lakin əraziyə Ukrayna və ABŞ bayraqları ilə gələn bir neçə fəalın peyda olması gərginliyə səbəb olub. Aksiya iştirakçıları bu şəxslərin onların mesajına mane olduğunu bildirərək ərazini tərk etmələrini tələb ediblər. Yaranan qarşıdurma polisin müdaxiləsi ilə nəticələnib və Ukrayna bayraqlı qrup hüquq-mühafizə orqanlarının müşayiəti ilə ərazidən uzaqlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31