Almaniyada ABŞ raketlərinin yerləşdirilməsindən imtina ehtimalı: “ən yaxşı xəbər” açıqlaması- ÖZƏL
11:53 DünyaABŞ-ın Almaniyada orta mənzilli raketlər yerləşdirmək planlarından imtina edə biləcəyi ilə bağlı iddialar Almaniya siyasətində müzakirələrə səbəb olub. Olaylar.az xəbər verir ki, bunu Almaniyada fəaliyyət göstərən BSW partiyasının qurucusu Sahra Wagenknecht sosial şəbəkə hesabında açıqlayıb.
Siyasətçi bildirib ki, əgər ABŞ qoşunlarının qismən geri çəkilməsi bu il planlaşdırılan orta mənzilli raketlərin yerləşdirilməsinin də ləğvi deməkdirsə, bu, Almaniyanın təhlükəsizliyi baxımından "uzun müddətdən sonra ən yaxşı xəbər" ola bilər.
Sahra Wagenknecht qeyd edib ki, bu cür silahların yerləşdirilməsi Almaniyanı potensial hərbi hədəfə çevirə bilərdi. Onun sözlərinə görə, raketlərin buraxılması ilə bağlı qərarın ABŞ prezidenti Donald Trump kimi şəxsin ixtiyarında olması "qorxulu" ssenari yaradır. Siyasətçi əlavə edib ki, Almaniyada ABŞ qoşunlarının və hücum xarakterli silahların yerləşdirilməsinə ehtiyac yoxdur. O, Avropada təhlükəsizliyin təmin olunması üçün gərginliyin azaldılması, etimadın bərpası və ortaq təhlükəsizlik yanaşmasına əsaslanan yeni "Ostpolitik" siyasətinə ehtiyac olduğunu vurğulayıb. Məsələ ilə bağlı rəsmi Vaşinqtondan hələlik açıqlama verilməyib.