ABŞ İrana qarşı hərbi əməliyyata 100 milyard dollar xərcləyib - Əraqçi

ABŞ-nin İrana qarşı hərbi kampaniyasının dəyəri 100 milyard dollara çatıb və bu, Pentaqon rəsmilərinin bildirdiyindən dörd dəfə çoxdur.

Olaylar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Əraqçi iddia edib ki, Pentaqon yalan danışır:

"İsrail Baş naziri Benyamin Netanyahunun hərəkətləri indiyə qədər ABŞ-yə 100 milyard dollara başa gəlib - bu, elan ediləndən dörd dəfə çoxdur".

Nazir əlavə edib ki, bununla da ABŞ vergi ödəyiciləri üçün dolayı xərclər daha da yüksəlir.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı Pentaqon rəsmiləri "Epik Qəzəb" əməliyyatının dəyərini təxminən 25 milyard dollar olaraq qiymətləndiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31