İran səfiri: Hörmüz boğazındakı vəziyyət ABŞ və İsrailin təcavüzü ilə təhrik olunub- ÖZƏL
10:27 DünyaHörmüz boğazında gəmiçiliyin qlobal enerji sektoru üçün mənfi nəticələrə səbəb olan pozulması, İrana qarşı Amerika-İsrail təcavüzünün nəticəsidir. Olaylar.az xəbər verir ki, bu barədə İslam Respublikasının İtaliyadakı səfiri Məhəmməd Rza Saburi TASS-a verdiyi müsahibədə bildirib.
O, ABŞ-İsrail hərbi əməliyyatından əvvəl Hörmüz boğazında və Fars körfəzində naviqasiya azadlığının və təhlükəsiz tranzitin təmin edildiyini xatırlatdı. "Mövcud vəziyyətin səbəbi və mənbəyi, eləcə də Hörmüz boğazında dəniz tranziti üçün maneələr və problemlər ABŞ və İsrailin İrana qarşı təcavüzüdür. Onlar Fars körfəzi bölgəsindən və oradakı Amerika bazalarından istifadə edərək İranın sahil dövləti kimi ərazi bütövlüyünü və suverenliyini pozdular", - deyə diplomat bildirib.
O xatırladıb ki, Tehran atəşkəs müqaviləsi müddətində boğazdan tranzit keçməyə razılıq verib. "İranın atəşkəs müqaviləsinə və öhdəliklərinə əməl etməsinə baxmayaraq, Amerika tərəfi öz öhdəliklərini qulaqardına vuraraq İranın dəniz blokadasını davam etdirir ki, bu da Hörmüz boğazındakı vəziyyəti daha da çətinləşdirir", - deyə diplomat qeyd edib.