Tramp: Almaniya kansleri dağılmış ölkəsinin xilasına daha çox vaxt sərf etməlidir

ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merzi Ukrayna böhranının həllində səmərəsiz fəaliyyətinə görə tənqid edib.

Olaylar.az xəbər verir ki, o, "Truth Social"dakı paylaşımında Almaniya kanslerinin dağılmış ölkəsini, xüsusən də immiqrasiya və enerji məsələlərində düzəltmək üçün daha çox vaxt sərf etməli olduğunu bildirib.

"İranın nüvə təhdidindən qurtulmaq istəyənlərə mane olmağa daha az vaxt sərf etməli və bununla da Almaniya da daxil olmaqla dünyanı daha təhlükəsiz bir yerə çevirməlidir" - Tramp qeyd edib.

Daha əvvəl Ağ Ev Almaniyada yerləşən qoşunların sayını azaltmağı düşündüyünü açıqlamışdı. Bu açıqlama Merzin Vaşinqtonun İrana qarşı hərbi kampaniyasını tənqid etməsindən və ABŞ-nin aydın strategiyasının olmamasını dilə gətirməsindən sonra verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31