Pentaqon rəhbəri NATO-nu hədəfə aldı: Bunu yadda saxlayacağıq

ABŞ-nin müdafiə naziri Pit Heqset bir çox NATO müttəfiqinin İrana qarşı keçirilən hərbi əməliyyatlarda rəsmi Vaşinqtona lazımi dəstək vermədiyini bildirib və bunun ciddi nəticələri olacağı ilə bağlı xəbərdarlıq edib.

Olaylar.az xəbər verir ki, bu barədə nazir ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdəki çıxışında deyib.

Pentaqon rəhbəri vurğulayıb ki, son həftələr ərzində bir çox müttəfiq dövlətlər İrana qarşı əməliyyatlarda etibarlı tərəfdaş olmadıqlarını nümayiş etdiriblər.

Onun sözlərinə görə, həmin ölkələr Yaxın Şərqin enerji resurslarından ABŞ ilə müqayisədə daha çox asılıdırlar və İranın nüvə silahı əldə etməsinin qarşısının alınmasında birbaşa maraqlıdırlar:

"Buna baxmayaraq, müttəfiqlərimiz əməliyyatlara dəstək verməkdə fəallıq göstərmirlər. Bu, bağışlanmazdır və biz bunu yadda saxlayacağıq. Onların bu fəaliyyətsizliyi müvafiq nəticələrə səbəb olacaq".

Nazir əlavə edib ki, müttəfiqlərin rəsmi Tehranın regiondakı güc imkanlarının zəiflədilməsi prosesindən kənarda qalması ABŞ tərəfindən mənfi qarşılanır və bu mövqe gələcəkdə nəzərə alınacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31