Rusiya XİN:Hollandiya Ukraynayönlü siyasətindən əl çəkmək niyyətində deyil- ÖZƏL
14:28 DünyaNiderland Ukraynaya dəstəyi artırmaq və Rusiyaya qarşı mövqeyini gücləndirmək siyasətini davam etdirmək niyyətindədir. Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın Niderlanddakı səfiri Vladimir Tarabrin onlayn brifinqdə bildirib.
O qeyd edib ki, "Niderland siyasi hakimiyyəti daxilində Ukraynaya davamlı dəstəyin və sərt Rusiya əleyhinə mövqenin lehinə konsensus yaranıb. Bundan əlavə, daxili siyasi rəqabət tez-tez NATO-nun kursuna ən böyük sadiqliyi və ən sərt Rusiya əleyhinə mövqeyi nümayiş etdirmək üçün bir növ yarışma formasında olur." Səfir vurğulayıb ki, "Niderland təkcə Ukraynaya dəstək vermək üçün maliyyə yükünü daşımağa deyil, həm də iştirakının miqyasını və dərinliyini ardıcıl olaraq artırmağa hazırdır". "Biz yaxın gələcəkdə bu kursdan sapmağı gözləmirik", - deyə o əlavə edib.