Dardanel boğazı bağlanıb

Rusiyadan Türkiyənin Kocaeli şəhər limanına Barbados bayrağı altında üzən "Zephyr Prosper" neft tankerində yaşanan nasazlıqla əlaqədar Dardanel boğazında hər iki istiqamətə gəmilərin hərəkəti dayandırılıb .

Trend xəbər verir ki, bu barədə Türkiyənin Sahil Mühafizə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

"Mülkiyyətimizdə olan üç yedək gəmisi Rusiyadan Kocaeliyə istiqamətlənən, uzunluğu 274 metr olan "Zephyr Prosper" neft tankerinə kömək göstərir. Gəminin mühərriki Kilitbahir yaxınlığında, Dardanel boğazında sıradan çıxıb. Təhlükəsizlik məqsədilə boğazda gəmiçilik hər iki istiqamətdə müvəqqəti dayandırılıb", - deyə məlumatda bildirilir.

Açıq mənbələrə görə, "Zephyr Prosper" tankeri 2004-cü ildə inşa olunub. Onun ümumi uzunluğu 274,2 metr, eni 48 metr, dedveyti (tam yükgötürmə qabiliyyəti) isə 150 min tondur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31