Guram Maçaraşvili: "Milli Hərəkat"ın gürcü siyasətindən silinəcəyi vaxt yaxınlaşır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Xalqın gücü" partiyasının deputatı Guram Maçaraşvili müxalifət blokunu kəskin tənqid edərək bildirib ki, "Vahid Milli Hərəkat" və onun peyk partiyaları yaxın gələcəkdə, o cümlədən hüquqi müstəvidə Gürcüstan siyasətindən kənarlaşdırılacaqlar. Deputatın sözlərinə görə, xalqı aldatmaqla məşğul olan və legitimliyini ölkə xaricində axtaran bu qüvvələrin "qapı-qapı gəzmək" taktikası heç bir nəticə verməyəcək. 

Maçaraşvili vurğulayıb ki, göstərişləri xarici "sahiblərindən" alan və parlament fəaliyyətində ardıcıllıq nümayiş etdirə bilməyən bir müxalifətə cəmiyyətin etimadı yoxdur. O, siyasi spektrin artıq sağlam tənqidə əsaslanan qüvvələr tərəfindən yenidən formalaşdığını və köhnə siyasi dairələrin xalqın etimadını tamamilə itirdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31