Aİ Ermənistanda Rusiyaya qarşı yeni missiya yaradır və İrəvana dəstəyi gücləndirir – ÖZƏL
11:38 DünyaOlaylar.az xəbər verir ki, RFE/RL-in məlumatına görə, Avropa İttifaqı kiberhədələr və dezinformasiya ilə mübarizə çərçivəsində Ermənistanda Rusiyanın fəaliyyətinə qarşı xüsusi yeni missiya yaratmağa hazırlaşır. Bu həftə Avropa Parlamentində Ermənistanla bağlı geniş müzakirələr başlanıb və yaxın günlərdə İrəvana dəstək qətnaməsinin səsverməyə çıxarılması gözlənilir. Eyni zamanda, gələn həftənin əvvəlində Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Ermənistanda Avropanın əksər liderlərinin iştirakı ilə mühüm görüşlər, ardınca isə ilk Aİ-Ermənistan sammiti keçiriləcək.
Brüsselin bu addımları bölgədə Ukrayna və Moldova təcrübəsinə bənzər daha aktiv təhlükəsizlik siyasəti yürütmək niyyətindən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31