Aİ-dən Ukraynaya vergi ultimatumu: 90 milyard avroluq maliyyə yardımı təhlükədə – ÖZƏL
11:08 DünyaOlaylar.az xəbər verir ki, Bloomberg agentliyinin mənbələrinə istinadən yaydığı məlumata görə, Avropa İttifaqı rəhbərliyi Ukraynadan vergi sistemində təcili dəyişikliklər etməyi tələb edir. Şərtlərə əsasən, rəsmi Kiyev illik gəliri 77,4 min avrodan çox olan və güzəştli sistemlə işləyən şirkətlər üçün ƏDV dərəcəsini 20%-ə qaldırmalıdır. Əks təqdirdə, ittifaq Ukraynaya ayrılması planlaşdırılan 90 milyard avroluq maliyyə yardımının verilmə şərtlərini sərtləşdirəcək.
Ekspertlər bu islahatın Ukrayna cəmiyyətində ciddi sosial gərginliyə səbəb olacağını proqnozlaşdırırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31