Rusiya səfiri: “Mali ilə terrorizmə qarşı mübarizədə birgə olacağıq”- ÖZƏL
10:48 DünyaRusiyanın Bamakodakı səfiri İqor Qromıko bildirib ki, Rusiya terrorizmlə mübarizədə Maliyə dəstəyini davam etdirəcək. O, müvəqqəti prezident Assimi Goita ilə görüşdən sonra qeyd edib ki, iki ölkənin hərbçiləri silahlı qruplaşmalara qarşı birgə fəaliyyət göstərəcək. Olaylar.az xəbər verir ki, səfir vurğulayıb ki, Rusiya həmişə Malinin yanında olacaq və bu mübarizədə qələbəyə inanır. Görüş 25 aprel tarixində radikal qrupların hücumlarından sonra baş tutub. Həmin hücumlar zamanı hökumət qüvvələri vəziyyəti nəzarətə alsa da, ölkənin müdafiə naziri Sadio Kamara həlak olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31