Rusiyada mədən ÇÖKDÜ: Ölənlər var
10:30 DünyaRusiya Federasiyasının Buryatiya Respublikası ərazisində yerləşən mədən sahəsində uçqun baş verib.Milli.Az xəbər verir ki, baş verən uçqun nəticəsində 6 nəfər işçi həyatını itirib.İlkin məlumata görə, ümumilikdə 9 işçi uçqun altında qalıb, onlardan 3-ü öz imkanları ilə xilas ola bilib.Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin təxminən 60 əməkdaşı cəlb olunub. Axtarış işləri zamanı ərazidə əlavə uçqun riski də qeydə alınıb, lakin xilasetmə qrupları təhlükəsiz şəkildə fəaliyyətlərini davam etdiriblər.Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi və yerli prokurorluq tərəfindən araşdırma başladılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31