Moskvada güclü YANĞIN: 7 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada tikilməkdə olan binada baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb, daha 12 nəfər xəsarət alıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Moskva üzrə Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsindən bildirilib ki, faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 216-cı maddəsinin 3-cü hissəsi (tikinti və ya digər işlər aparılarkən təhlükəsizlik qaydalarının pozulması nəticəsində iki və ya daha çox şəxsin ölümü) üzrə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31