Macarıstanda "Orban erası"nın sonu: Oliqarxlar aktivlərini ölkədən qaçırır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "The Guardian" qəzetinin məlumatına görə, Macarıstanda keçirilən seçkilərdəki məğlubiyyətdən sonra Baş nazir Viktor Orbanın yaxın çevrəsi və "Fidesz" partiyasına bağlı iş adamları ölkəni tərk etməyə başlayıb. 

Müxalif "Tisza" partiyasının lideri Peter Madyar bildirib ki, hakimiyyət dəyişikliyi fonunda mümkün korrupsiya araşdırmalarından qorxan oliqarxlar milyardlarla forinti BƏƏ, ABŞ və Uruqvay kimi ölkələrə köçürürlər. Xüsusilə ölkənin ən varlı şəxsi, Orbanın yaxın dostu Lerints Mesaroşun ailəsinin və bir çox yüksək vəzifəli şəxslərin artıq ölkədən getməyə hazırlaşdığı, nazirliklərdə isə sənədlərin məhv edildiyi iddia olunur. 

Viktor Orbanın özünün isə bir neçə həftəlik ABŞ-yə gedəcəyi, partiya rəsmilərinin isə Donald Trampın MAGA hərəkatı vasitəsilə Amerikada sığınacaq və iş tapmağa çalışdıqları qeyd edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31