Mamuka Mdinaradzenin yeni vəzifəsi "qeyri-formal idarəçilik" kimi qiymətləndirilir ÖZƏL

Olaylar.az xəbər verir ki, "Gürcüstan naminə Qaxariya" partiyasının deputatı Giorgi Şaraşidze hüquq-mühafizə orqanlarının koordinasiyası üzrə dövlət naziri vəzifəsinin yaradılmasını kəskin tənqid edərək, bunu ölkədəki qeyri-formal idarəçiliyin növbəti təzahürü adlandırıb. 

Deputat bildirib ki, Mamuka Mdinaradzeyə normal iş otağı, aparat və hətta katib belə verilmədiyi halda, hər hansı ciddi vitse-premyerlik statusundan danışmaq mənasızdır. Şaraşidzenin sözlərinə görə, təhlükəsizlik xidməti rəhbərlərinin qısa müddətdə tez-tez dəyişdirilməsi və generalların "koordinator" təyin edilməsi dövlət institutlarının zəifliyini göstərir. O, bu dəyişikliklərin vətəndaşların problemlərinin həllinə deyil, yalnız Bidzina İvanişvilinin qərarlarının icrasına xidmət etdiyini vurğulayaraq, Mdinaradzeyə kabinet axtarmaq əvəzinə evdən distant işləməyi məsləhət görüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31